
Suriya ordusu Deyr-ez-Zor əyalətində Rusiya aviasiyasının dəstəyi ilə 100-dən çox İŞİD silahlısını məhv edib.
Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Əl-Məyədin” telekanalı əyalətin qubernatoru Məhəmməd İbrahim Səmraya istinadən məlumat verib.
Hədəfdə əsasən terrorçuların qərargah və silah anbarları olub.
“Hazırda hökumət qüvvələri Cebel at-Tarda yaylası istiqamətində irəliləyərək yaxınlıqdakı yaşayış məntəqələrini terrorçulardan təmizləmək niyyətindədirlər”, deyə qubernator bildirib.
Qeyd edək ki, ötən gün Suriyanın Deyr-ez-Zor əyalətində İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.