
Misirin mərkəzində xristianları daşıyan avtobusa hücum edilib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində azı 25 nəfər həyatını itirib, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ahlibeyt.az-ın Azərtac-a istinadla verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, iki avtomobillə hərəkət edən 10-a yaxın naməlum silahlı şəxs avtobusu avtomatlardan atəşə tutub. Onların geyimləri Misir hərbçilərinin geyiminə oxşayırmış.
İnsident Əl-Minya əyalətində yerləşən Əl-Adavva yaşayış məntəqəsinin qərbindəki “Müqəddəs Samuil” monastırı yaxınlığında baş verib.
Hazırda Misirin təhlükəsizlik qüvvələri hücumun baş verdiyi rayonda axtarış aparırlar.