
İraq paytaxtında silsilə terror aktları baş verib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslamazeri.com-un “Reuters” agentliyinə istinadən məlumatında bildirilir ki, İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında 2 partlayış baş verib. Terror nəticəsində azı 11 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.
Yerli polisin məlumatına əsasən, 2 avtomobilə quraşdırılmış bombalar partlayıb. Ölənlərin 4-ü polis zabitidir.
Bildirilir ki, hücum polis məntəqəsinn yaxınlığında törədilib.
Hücumun məsuliyyətini hələ heç bir terror qruplaşması öz üzərinə götürməyib.