Azərbaycanın tanınmış ruhanilərindən biri olan və hicab qadağasına  etirazını bildirdiyi üçün şərlənərək həbs olunan Seyyid Fəramiz  Abbasovun oğlu Kamran Abbasova qarşı cinayət işi açılıb. Kamran Abbasov  atası Fəramiz Abbasovun üzünə duran yalançı şahid Əlihüseyn Kərimovu  döyməkdə ittiham olunur.
Belə ki, Sentyabr ayının 14-ü Hicab  Məhbusları Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm  Səmədov, onun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov,  partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri  Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar  Mikayılzadənin cinayət işi üzrə məhkəmə iclasından sonra Kamran Abbasov  tərəfindən döyüldüyünü iddia edən Masallı rayon Öncəqala kənd sakini  Əlihüseyn Kərimov K.Abbasovdan polisə şikayət etmişdir.Kamran Abbasova  qarşı Bakı şəhəri Nəsimi rayon polis idarəsində 221.2.1 və 127.2.3  maddələri ilə cinayət işi açılmışdır.Kamran Abbasovun  verdiyi məlumata  görə, atası Fəramiz Abbasovun üzünə duran şahidlər Masallı polis  əməliyyatçısı Nazim Əkbərov, Masallı rayon sakini Camal Qasımov indi də  onun üzünə duraraq Nəsimi polisinə Kamran Abbsovun Ə. Kərimovu döydüyünü  bildirmişlər.
Masallı rayon polis idarəsinin cinayət axtarış  bölməsinin rəisi Əbülfət Abdullayev də yazılı izahat verərək Əlihüseyn  Kərimovu Kamran Abbasovun döydüyünü yazmışdır.Yenə də qeyd etmək  istərdik ki, şikayətçi Əlihüseyn Kərimov və hər üç şahid Nazim Əkbərov,  Camal Qasımov və Əbülfət Abdullayev Fəramiz Abbasova qarşı sürülən  yalançı ittihamlara görə Seyyid Fəramizin üzünə duraraq şahidlik  etmişlər.Kamran Abbasov açıqlamasında, ona qarşı sürülən yalançı  ittihamın atası Fəramiz Abbasovla bağlı olduğunu bildirdi.
Kamran  Abbasov: Masallı polisi mənə daim xəbərdarlıq edərək atam Fəramiz  Abbasov barəsində susmağı tapşırmışdı. Yəqin bu tapşırığa əməl etmədiyim  üçün belə bir saxtakarlıqla üzləşmişəm.
xeber44.com