
Misir tarixində ilk dəfə olaraq 140-dan çox qadın ölkə ərazisində fəaliyyət göstərən məscidlərə xətib təyin edilib.
Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə,bu qərar Misir Vəqf İşləri Üzrə Nazirlik(Dini İşlər Nazirliyi) tərəfindən verib.
Məlumata görə, bu vəzifəyə təyin olunan ilk qrupa daxil olan 144 qadının hamsı yüksək ilahiyyat (teologiya) təhsilinə yiyələnib.Qərardan məqsəd ölkə vətandaşlarının həqiqi İslam dəyərləri ilə daha yaxından tanış olmaları hədəflənir.
Ölkə Vəqflər nazirliyinin açıqlamasına görə,bu yolla xüsusən gənc qadınların radikal cərəyanlar tərəflərindən aldadılaraq öz sıralarına qoşulmasının qarşısı alınacaq.
Bildirilib ki, qadın xatiblərin fəaliyyət ərazisi məscidlərdə qadınlar üçün nəzərdə tutulmuş hissəsi ilə məhdudlaşacaq.Xütbələr və qadın məsələlərinə dair fiqhi açıqlamalar həftədə 2 dəfə keçiriləcək.
Bu qərar hazırki Misir hökumətinin ölkədə radikalizm əleyhinə apardığı maarifləndirici tədbirlər sırasında qəbul olunub.