
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən dini mövzuda yazan jurnalistlər üçün xüsusi təkmilləşdirmə kursları təşkil olunacaq.
Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bu barədəQMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, hazırda jurnalistlər üçün belə bir kursun keçirilməsinə ehtiyac var:
"Bəzən jurnalistlər dini mövzuda yazanda yanlış fikirlərə yol verirlər. Media nümayəndələri bu sahədə yazı hazırlayarkən diqqətli olmalıdırlar.
QMİ nəzdində yaradılacaq jurnalistlər üçün kursda dini mövzuda biliklər öyrədiləcək, onlara dövlət-din münasibətlərinin qurulması işində yardımçı ola bilmələri üçün ətraflı biliklər veriləcək".