
Qurani-Kərim buyurur:
"Bədəvi ərəblər dedilər:«Biz iman gətirdik.» De:«Siz iman gətirmədiniz. Ancaq İslamı qəbul etdik deyin. İman hələ ki, sizin qəlblərinizə daxil olmamışdır."(Hucurat ayə 14)
Allahın Peyğəmbəri (s):
- "İman iddia və arzu ilə deyildir. O, qəlbdə xalis olan və əməlin təsdiqlədiyi şeydir."
- "İman qəlb ilə tanımaq, dil ilə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir."
- "İman səbr və güzəştdir."
- "Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəməyincə mömin deyil.»
İmam Əli (ə):
"İman çətinlik və giriftarçılıq zamanı səbrlilik, rahatlıq və nemət içində olan zaman isə şükr etməkdir."
İmam Baqir (ə):
İman iqrar və əməl etməkdir, İslam isə əməlsiz iqrar etməkdir."