13 İyul, 2016
Günah olan məclisdə oturmaq olarmı?

Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma».

Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»(«Nisa» surəsi, ayə 140. ).

Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:

1. Günah məclisində iştirak, günahda iştirak kimidir;

2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;

3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;

4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;

5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5488.html