
Rusiya İslam Araşdırmalar mərkəzinin təşəbbüsü ilə "Nəhcül-Bəlağə"nin qısa sözlər və hikmətlər bölümü tatar dilinə tərcümə olunub.
Ahlibeyt.az-ın Maide.az-a istinadla xəbər verir ki, tərcümə Ufa şəhər "İxlas" dini fondu və Uveys Qərəni Hikmət müəssisəinin əməkdaşlığı ilə ərsəyə gəlib.
Kitabı Ufa şəhərinin "İxlas" məscidinin imamı Məhəmməd Qulam Mustafa tərcümə edib. Hazırda "Nəhcül-Bəlağə"nin digər bölümləri də onun tərəfindən tatar dilinə tərcümə olunur.
Tərcümə olunmuş hikmətlər və qısa sözlər bölümü 180 səhifəlik kitabda toplanıb.
Kitab Moskvada nəşr olunub və içərisindəki mətn iki dildə (ərəb və tatar) yazılıb.