
İŞİD qanlı edam üsullarına daha birini əlavə edib. 12 gənci əllərini və ayaqlarını bağladıqdan sonra günlərlə ac saxlanılmış itlərin qabağına atıblar
Ahlibeyt.az-ın islamazəri-yə istinadən verdiyi xəbərə görə, Kürdüstan Demokrat Partiyasının Mosul üzrə Nümayəndəsi Səid Məmuzini təşkilatın yeni bir edam üsulu ilə insanları qətl etdiyini bildirib.
Səid Məmuzini İŞİD-in bu dəfə 12 gənci ac itlərin qabağına ataraq onları diri-diri itlərə yedirdiyini söyləyib.
Məmuzini öldürülən gənclərin cəbhəyə getmək istəmədiyi üçün saxlandığını və İŞİD tərəfindən yaxalanıb cəzalandırıldığını ifadə edib.
Qeyd edək ki, İŞİD daha əvvəl də tez-tez təkrar etdiyi baş kəsmiş, insanları qəfəslərdə canlı-canlı yandırmış, hündür mərtəbələrdən aşağı atmış və digər vəhşicəsinə işgəncələr verərək qətlə yetirmişdi.