9 Aprel, 2014
Əyyami Fatimiyyədə Azərbaycanlı tələbələr Xanım Zəhranın (s) şəhadətini qeyd ediblər

ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Məsuməyi Qum şəhərində, əl-Mustəfa (s) adına Ali Dini Akademiyasında təhsil alan Azərbaycan Respublikasının tələbələri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əziz qızı, iki dünya xanımı həzrəti Fatiməyi Zəhranın (s.ə) ürək yandıran Şəhadət günü münasibəti ilə əza məclisi təşkil ediblər.

Məlumata görə “Muhəmmədin Maarifi İşığında” Elmi İcmasının təşkilatçılığı ilə qeyd olunan mərasim həzrəti Fatiməyi Məsumənin (ə) pak hərəmində keçirilib.

Mərasim Qurani Kərimin tilavəti ilə başlanan mərasimdə Höccətül İslam vəl Müslimin Seyyid Fəttahi cənabları çıxış edib.

Daha sonra, Əhli Beyt (əleyhimus səlam) Məddahı, Kərbəlai Seyyid Əliyar, rozə və mərsiyyələri ilə məclisi zinətləndirmişdir.

Sonda bütün dünya Müsəlmanlarına, məzlumlara, Ali Təqlid Mərcələrinə, dualar edilmiş və Allah Təaladan Xanım Zəhraya (səlamullahi əleyha) xatir günahsız yerə zindanlarda yatan bütün insanların azadlığa çıxmalarını, düşmən tapdaqı altında olan torpaqlarımızın tezliklə geriyə, şanlı Vətənimizə qaytarılmasını istəyiblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1832.html