15 Avqust, 2022
Küveyt altı ildən sonra İrana səfir təyin edib

 

Küveyt altı ildən sonra İrana səfir təyin edib.

Ahlibeyt.az İran mətbuatına istinadən xəbər verir ki, səfir Bader Abdullah Əl-Munaih Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahiana təqdim edib.

Kuveyt XİN öz növbəsində İrana səfir təyin olunduğu barədə məlumat yayıb.

Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.

Qeyd edək ki, İran tərəfi Kuveytə səfir təyin edib və yeni səfir artıq Kuveytdədir.

Xatırladaq ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırmışdı.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11716.html