9 Avqust, 2022
Nigeriyada Aşura mərasimi iştirakçılarına atəş açılıb, yeddi nəfər həlak olub

Nigeriyanın Kaduna əyalətində Aşura mərasiminə atəş açılıb. Ölənlər var.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bu barədə “Nigeriya İslam Hərəkatı” bəyanat verib.

Bildirilib ki, əyalətin Zaria şəhərində Aşura mərasiminə qatılanlara təhlükəsizlik qüvvələri tərəfindəna atəş açılıb.

Bunun nəticəsində yeddi nəfər həlak olub və bir neçə nəfər yaralı var. Polis yaralıları naməlum istiqamətə aparıb.

Qeyd edək ki, 2015-ci ildə həmin şəhərdə Məhərrəmlik mərasiminə amansız hücum nəticəsində mindən çox insan həyatını itirmiş, hərəkatın lideri İbrahim Zəkzaki ağır yaralanmış və həbs edilmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11668.html