
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar”.
-İmam Əli (ə) buyurur: “Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur”.
-İmam Sadiq (ə) Allaha dua edərək demişdir: “(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan”.
-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun".
-İmam Əli (ə) buyurur: “Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır”
-İmam Sadiq (ə) buyurur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir".
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”.