13 Avqust, 2021
"Taliban" Əfqanıstan hökumətinin birgə idarəçiliklə bağlı təklifini qəbul etməyəcəyini bildirib

"Taliban" hərbi əməliyyatların dayandırılması müqabilində ölkədə idarəçiliyin bölüşdürülməsi ilə bağlı Əfqanıstan hökumətinin təklifinə razı olmayacaq.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın "The Times"ə istinadən verdiyi xəbərə əsasən, bu barədə "Taliban"ın sözçüsü Zabihulla Mucahid deyib.

"Taliban" Kabilin hakimiyyətin paylaşımı və atəşkəs təklifini qəbul etməyəcək. Məqsədimiz xarici müdaxiləyə son qoymaq və ölkədə İslam hökuməti qurmaqdır. Əgər onlar buna razı olsalar, o zaman biz barışığa hazır olacağıq. Lakin əgər Kabil bizim tələblərimizlə razılaşmağa hazır deyilsə, mübarizəni davam etdirmək və cihad etmək bizim üçün asan olacaq", -deyə "Taliban" sözçüsü bildirib.

Qeyd edək ki, Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar, Kabilin ölkənin birgə idarəçiliyi barədə "Taliban"a təklif verdiyi xəbərini təsdiqləyib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11254.html