24 İyul, 2020
Türkiyədə “Aya Sofya” 86 il sonra məscid kimi ibadətə açıldı (Foto-Video)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da cümə namazı üçün iqamətgahından “Ayasofya”ya gəlib.

Ahlibeyt.az-ın Qafqazinfoya istinadən məlumatına görə, bu gün “Ayasofya” 86 il sonra məscid kimi ibadətə açıq elan edilib.

"Ayasofya-i Kebir Cami-i Şerifi"də ilk namaz qılmaq üçün sübh azanından sonra bölgəyə izdihamlı insan axını başlayıb.

Məscidə gedən 11 nöqtədə təhlükəsizlik məntəqələri quraşdırılıb, ibadət üçün gələnlərə maska verilib, əlləri dezinfeksiya olunub.

Bundan əlavə, İstanbul valisi Ali Yerlikaya “Ayasofya” ətrafında  namazı qılmaq üçün nəzərdə tutulan yerlərin dolduğunu, bu səbəbdən əraziyə girişlərin bağlandığını söyləyib.  Həmçinin tarixi məkana yaxın olan metrostansiyalar fəaliyyətini dayandırıb.  Eyni zamanda izdihama görə böyük tıxaclar yaranmağa başlayıb.

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib.

Türkiyədə “Ayasofya” izdihamı

1

1

1

1

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10220.html