24 Dekabr, 2019
Suriya Ordusu İdlibin şərqində strateji qəsəbəni nəzarətə götürüb

Suriya Ordusu ötən həftənin sonlarından İdlibdə başlatdığı əməliyyatlar nəticəsində 10-dan artıq qəsəbə və kəndi nəzarətə götürüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu "ən-Nusra Cəbhəsi"nin (digər adı Heyət Təhrir-Şam) İdlib əyalətinin şərqindəki əsas sığınacağı hesab edilən Carcanaz qəsəbəsini nəzarətə götürüb və strateji Məarrat-Numan şəhərinin bir neçə km-ə çatıb.

Bu arada müxalifət yönümlü "Suriya İnsan Hüquqları Müşahidə Qrupu" elan edib ki, İdlibin şərqində son hücumlar çərçivəsində Suriya Ordusu Türkiyənin bölgədə yerləşən bir post patrul mövqeyini mühasirəyə alıb.

Suriya Ordusu mənbələri elan ediblər ki, onların bu əməliyyatdan əsas məqsədi Hələb-Həma yolunu nəzarətə götürməkdir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9994.html