7 Aprel, 2012
Bəhreyn şəhidlərinin sayı 83 oldu

Bəhreyndən verilən xəbərə görə, üç ay bundan öncə Ali Xəlifə muzdurlarının istifadə etdiyi zəhərli qazlardan zəhərlənmiş Xədisə Məhəmməd Əli Abbas bu gün şəhadətə qovuşub.

Eyni zamanda Bəhreyndən verilən son xəbərlərə görə, Ali Xəlifə həbsxanasında qanunsuz saxlanılan İnsan Hüquqları Mərkəzinin fəalı Əbdül-Hadi Xəvacənin vəziyyəti keçirdiyi aclıq aksiyası səbəbindən pisləşib. Bildirilir ki, o artıq 58 gündür ki, aclıq aksiyası keçirir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-998.html