2 Dekabr, 2019
İraq parlamenti baş nazirin istefasını qəbul edib

İraq parlamenti baş nazir Adil Əbdül-Mehdinin istefasını qəbul edib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraqın parlamenti ötən günkü toplantısı zamanı baş nazir Adil Əbdül-Mehdinin istefasını qəbul edib.

Qanuna əsasən hazırki dövlət müvəqqəti olaraq ölkəni idarə edəcək.

Qeyd edək ki, baş nazir belə bir addımın atılmasının əsas səbəbi kimi, son iki ayda hökumət qurumlarının qabaqlayıcı tədbirləri görə bilməməsi, Ayətullah Sistaninin son tövsiyələri, etirazlar və toqquşmalarda nahaq qanın axıdılmaması istəyinin durduğunu deyib.

Bildirək ki, İraq ötən ayın əvvəlindən etirazlar, iğtişaşlar və toqquşmaların şahididir. Bu müddət ərzində polis qüvvələri də daxil olmaqla 150-dən çox şəxsin öldüyü deyilir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9976.html