29 Noyabr, 2019
Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir - Çavuşoğlu

"Barış Pınarı" əməliyyatı Suriyada terrorçular üçün kvazi dövlət yaratmaq planlarını məhv etdi. Fransa prezidenti Emanuel Makronun Türkiyəyə qarşı verdiyi son açıqlamalar bununla əlaqədardır.

Ahlibeyt.az-ın məlumatına görə, Salamews-un "Anadolu"ya istinadən verdiyi xəbərə əsasən, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Makronun PKK-YPG terrorçularının Suriya qanadına qarşı mübarizədə NATO-nun Ankara ilə həmrəyliyinin yolverilməzliyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyat Suriya torpaqlarında “terrorçu dövlət ”yaratmaq planını məhv etdi və bu da müəyyən dairələri məyus etdi. Buna görə Parisdə demək olar ki, hər gün boş bəyanatlar səsləndirilir", nazir deyib.

Onun sözlərinə görə, Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir:

“Türkiyə terrorçularla mübarizə aparır, o (Makron) isə himayədarlıq edir"

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9972.html