
Dünyanın ən böyük halal tədbiri hesab edilən 5-ci "Dünya Halal Konfransı" İstanbulda işinə başlayır.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “Haber7.com”a istinadən xəbər verir ki, zirvə toplantısı çərçivəsində Halal Sərgi də baş tutacaq.
Sərgidə 50 ölkədən 500-ə yaxın şirkət iştirak edəcək. 9 mindən çox nümayəndənin qatılacağı konfransda halal ticarət müzakirə ediləcək.
1 dekabra qədər davam edəcək tədbirin mövzusu isə “Bütün nəsillər üçün halal: Ailənin və Gəncliyin Önəmi” olacaq.
Məlumat üçün bildirək ki, 2021-ci ildə halal bazarın həcminin 7 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Bunların arasında halal maliyyənin 3,5 trilyon dollar, ərzaq və içkinin 1,9 trilyon dollar, kimyəvi məhsullar və dərmanın 1 trilyon dollar, dini geyimlərin isə 243 milyard dollar həcmində olacağı gözlənilir.