
"İxvanul-muslimin" təşkilatının Misir prezidentliyinə namizədi Xeyrat əş-Şater bildirib ki, əsas məqsəd şəriəti həyata keçirməkdir.
əş-Şater bildirib ki, şəriət qanunlarını tətbiq etmək üçün parlamentə şəriətə uyğun qanun layihələrini təqdim edəcək müəssisə formalaşdırılacaq. Həmin müəssisədə çalışan şəriət mütəxəssisləri isə həmin qanunları tərtib edərək parlamentə göndərəcəklər.
Xeyrat əş-Şater həmçinin prezident seçiləcəyi təqdirdə Misir DİN-i Mübarək rejiminin tör-töküntülərindən təmizləyəcəyini bildirib.