11 Noyabr, 2019
Yəməndə milyonluq mövlud mərasimi - VİDEO

Yəmənin Səna şəhərində möhtəşəm mövlud mərasimi keçirilib.

 

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "almasirah"a istinadən xəbər verir ki, Vəhdət həftəsinin başlanması münasibətilə İslam Peyğəmbərinin mövludu Yəməndə böyük mitinq və tədbir keçirilib.

Şənbə günü keçirilən tədbirə milyondan çox insan qatılıb.

Quran oxunuşu, naşid və salavatlardan sonra “Ənsarullah” lideri Əbdülməlik Husi İslam dünyasını mövlud münasibətilə təbrik edib.

Çıxışı zamanı işğalçı ölkələrə qarşı şüarlar səsləndirən Seyid Husi, Yəmən xalqının əzminin qırılmayacağını və daim düşmənə qarşı sərt mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Həzrət Məhəmmədin doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17 qeyd olunur və bu il miladi təqvimi ilə 10-15 noyabra təsadüf edir. Bu günləri İslam dünyası “Mövlud həftəsi” (“Vəhdət həftəsi”) kimi qeyd edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9942.html