
Hindistanın ən qədim məscidinin təmir işləri başa çatıb və yenidən müsəlmanların istifadəsinə verilib.
Ahlibeyt.az-ın İQNA—ya istinadən verdiyi xəbərə görə, Hindistanlı müsəlmanların fikrincə Krala əyalətində yerləşən Çərəman Cümə məscidi bu ölkənin ən qədim məscididir.
Məşhur rəvayətə görə bu məscidi 7-ci milad əsrinin birinci yarısında Çera sülaləsinin sonuncu padşahı Çaraman Prumal tikdirib. O, öz taxt-tacını ataraq İslam dininə müşərrəf olub. Bundan sora isə Ərəb tacir Malik ibn Dinara bir məscid tikdirmək göstərişi verib.