
İordaniya 25 ildən sonra əl-Baqura və əl-Ğəmr adlı bölgələri İsraildən geri alıb.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, İordaniya kralı İkinci Abdullah ötən gün çıxış edərək, ölkəsinin suverenliyinin əl-Baqura və əl-Ğamr adlı bölgələrdə təmin edildiyini bildirib.
Qeyd edək ki, İsrail 1994-cü ildə əldə edilmiş Vadi-Ərəbə sazişi çərçivəsində bu iki bölgəni 25 illiyə icarəyə götürmüşdü.
İsrail hökuməti bu ərazilərin icarəsinin daha 6 ay uzadılmasını istəsə də İordaniya hökuməti buna razılıq verməyib.