7 Noyabr, 2019
Malaziyada məscid mövzusunda incəsənət sərgisi keçirilir

Malaziyanın paytaxtı Kuala-lampur şəhərində məscid mövzusunda incəsənət sərgisi keçirilir.

Sərgidə Malaziyalı incəsənət adamlarının məscid barədə rəsm əsərləri və fotoları nümayiş olunur.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə,məscidin cəmiyyətdəki rolu, müsəlman ailələrinin məscidə bağlılığı, məscidin ibadət məkanından əlavə mədəniyyət mərkəzi olması, məscidlərdə təməli qurulan yeni ailələr, məscidlərdə insanların axirət evinə yola salınması, məscidlərin təlim və tədris mərkəzi kimi istifadə edilməsi və məscid memarlığı mövzularını ehtiva edən sərgidə 38 incəsənət ustasının 80 əsəri sərgilənib.

Malaziyanın paytaxtı Kualalampur şəhərinin Segaris incəsənət mərkəzində keçirilən bu sərgi Noyabr ayının 10-dək davam edəcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9933.html