
Qətərdə İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclası keçiriləcək.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata əsasən, Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclasında iştirak etmək məqsədilə Qətər Dövlətinə yola düşüb.