30 Oktyabr, 2019
Rusiya, İran və Türkiyə XİN rəhbərlərinin Suriya üzrə yekun bəyanatı yayımlandı

 

İran, Rusiya və Türkiyə Xarici İşlər nazirləri Zərif, Lavrov və Çavuşoğlu Cenevrədə təşkil etdikləri iclasın sonunda bir bəyanat yayımlayıb.

Ahlibeyt.az-ın Eastnestnews-a istinadən məlumatına görə, altı maddədən ibarət olan bəyanatda hər üç ölkənin XİN rəhbərləri Astana prosesinin zaminləri olaraq Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və milli suverenliyini vurğulayıblar.

Bəyanatda Suriya konstitusiya komissiyasının işlərinə başlaması müsbət qarşılanıb. Həmçinin bir daha Suriya böhranının hərbi həlli olmadığı vurğulanıb.

Üç nazirin birgə bəyanatında Suriya konstitusiya komissiyasının dinc və konstruktiv bir şəkildə və heç bir xarici müdaxilə olmadan işlərinə davam etməsi qeyd edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9903.html