3 Aprel, 2012
Ayətullah Sistaninin iki nümayəndəsinin evinə bombalı hücum edilib

Ayətullah Seyyid Əli Sistaninin İraqın Hillə şəhərində yaşayan iki nümayəndəsinin evinə hücum edilib.

Hillə polisinin yaydığı məlumata görə, naməlum şəxs "Həyy əl-Hüseyn" məhəlləsində yaşayan "əl-Maşətə" hüseyniyyəsinin imam camaatı Şeyx Həsən əl-Xəmaisinin evinə tərəf bomba atıb. Məlumatda xoşbəxtlikdən xəsarət alanın olmadığı bildirilir.

Şeyx Məhəmməd Tofiqin evinə nəzərdə tutulan hücumun qarşısının isə təhlükəsilik qüvvələri tərəfindəndən alındığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-988.html