7 Oktyabr, 2019
İraqa gedən zəvvarların işi asanlaşıb - Daha bir gömrük keçidi rəsmən açılıb

İranla İraqı birləşdirən əsas sərhəd keçidlərindən biri Xosrəvi keçidi bu gün rəsmən açılq elan edilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews bu barədə İranın "Fars" İnformasiya Agentliyinə istinadla xəbər verir.

Bildirlib ki, Kermanşah əyalətində yerləşən və iki ölkəni birləşdirən Xosrəvi keçidi qısa müddətdən sonra yenidən açıq elan edilib.

Qeyd edək ki, bu sərhəd keçidi ötən ay rəsmən açılsa da İraqda baş verən son etiraz aksiyaları və iğtişaşlara görə müvəqqəti bağlanmışdı.

İran və İraq rəsmiləri Ərəbəin ziyarəti (19 oktyabr) ərəfəsində iki ölkənin sərhəd keçidlərindən 5 milyona yaxın zəvvarın keçəcəyi və geri dönəcəyini təxmin edirlər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9859.html