
Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbi fəaliyyətə başlayacaq.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın London bürosunun verdiyi xəbərə əsasən, “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır.
Qeyd edək ki, “Bilik” məktəbi Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəblərinin birgə təşəbbüsü ilə yaradılıb. Məktəbin açılışı 6 oktyabrda olacaq. 4 yaşından etibarən uşaqlar məktəbə yazıla biləcək. Dərslər həftənin bazar günü keçiriləcək.