
İraqın baş naziri Nuri əl-Maliki bu xəbərlərin fitnə yaratmaq məqsədilə yayıldığını bildirib.
Nuri əl-Maliki jurnalistlərin Səddam Hüseynin qəbrinin köçürülməsi barədə ona ünvanlanan sualına cavab olaraq deyib ki, dövlətin belə bir qərarı yoxdur. Bu xəbərləri yayanlar isə ölkədə fitnə çıxartmaq istədiklərini bildirib.
Xatırladaq ki, bir müddət öncə İraqın sabiq prezidenti Səddam Hüseynin mənsub olduğu qəbilənin başçısı Həsən əl-Nida bildirmişdi ki, Səlahəddin vilayətinin polis idarəsinin rəisi ona Səddam Hüseynin qəbrinin köçürüləcəyini bildirib.