24 Sentyabr, 2019
Moskvada Cümə Məscidinin 115-ci ildönümü bağlı tədbirlər keçirilir

Moskvada Cümə Məscidinin  115-ci ildönümü münasibətilə yubiley tədbirləri keçirilir.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews-un "Moskva-Bakı" informasiya portalına istinadla verdiyi xəbərə əsasən, tədbirlər həmçinin RFMRİ-nin (Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi) 25 illiyi, Moskva İslam İnstitutunun 20 illiyi, RFMRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qaynüddinin 60 illiyinə də həsr edilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edir.

Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin, "cəmiyyətdə millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmlənməsinə verdiyi  töhfəyə görə" Ravil Qaynüddini "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə təltif edib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9836.html