
Qəzzada yanacaq böhranı səbəbindən həlak olmuş üç nəfər uşağın dəfnində iştirak edən Fələstinin baş naziri İsmayıl Haniyə Qəzza xalqının qətlə yetirilməsində ərəblərin də günahı olduğunu bildirib.
İsmayıl Haniyə deyib ki, ABŞ və İsrail Qəzzanı qurudan, sudan və havadan mühasirədə saxlamaqla Qəzza xalqını tədricən məhv etməkdədir. Ərəb dövlətləri də bu cinayətin qarşısında sükut etməklə bu cinayətdə əlbirdirlər.
Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas da həlak olmuş üç uşağı şəhid adlandırıb.