23 Sentyabr, 2019
Səudiyyə Yəmənin əl-Əmran əyalətində məscid ətrafına avaizərbələr endirib - Ölənlər var

Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasının təyyarələri ötən gecə Yəmənin əl-Əmran əyalətində bir məscid ətrafına hava zərbələri endirib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, əl-Əmran əyalətində Məscid ətrafına endirilən hava zərbələri bir ailənin 6 üzvünün həlak olması və və bir neçə nəfərin yaralanmasına səbəb olub.

Eyni zamanda Yəmənin əl-Hudeyda əyaləti də hava zərbələrinin şahidi olub. Burada bir azyaşlı uşağın dağıntılar altında qalaraq həlak olduğu bildirilib.

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin (husilər) sözçüsü briqada generalı Yəhya Səri rəsmi twitter səhifəsində yazıb ki, Səudiyyə koalisiyası ötən sutka ərzində Yəmənə 27 dəfə hava zərbəsi endirib.

Ötən həftənin şənbə günü Yəmənin "Ali Siyasi Şurası"nın (husilər) sədri Mehdi əl-Mşat atəşkəsin bərpa olması üçün birtərəfli qaydada Səudiyyəyə hava və raket zərbələrinin durdurulduğunu və sülh üçün qarşı tərəfə yeni füsətlərin verildiyini bildirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9825.html