23 Sentyabr, 2019
Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Həmçinin bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9824.html