
Bu gün Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilir.
Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, Milli Məclisin deputatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.