
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİK) sədri Mübariz Qurbanlı Beyləqan və Xocavənd rayonlarından olan sakinləri qəbul edəcək.
Ahlibeyt.az-ın Dövlət komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, qəbul sentyabrın 24-də saat 11:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Saatlı rayon Gənclər Mərkəzində Saatlı, İmişli, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinləri ilə görüşəcək.Qəbulların hər ikisi saat 11:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov
Əlaqə vasitələri:
Mob: (050) 562-72-32
Telefon: (02124) 6-62-99
Elektron poçt ünvanları:
chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-imishli@scwra.gov.az