20 Sentyabr, 2019
Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib

Gürcüstan terrorçuluqda şübhəli bilinən Ramazan Əhədov adlı Rusiya vətəndaşını ölkəsinə təhvil verib.

Ahlibeyt.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani məlumat verib.

Nazir həmin şəxsə qarşı İŞİD üçün adam toplamaq, 2013-2015-ci illər ərzində bu təşkilat tərəfindən döyüşlərdə iştirak etməklə bağlı ittihamlar irəli sürüldüyünü bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9814.html