3 Aprel, 2012
Mübarəkin vəkili İmam Musa Sədr barədə yazılanları uydurma adlandırdı

Hüsnü Mübarəki müdafiə edən vəkillər heyətininsədri Yusra Əbdür-Rəzzaq sabiq prezidentin qeyd kitabçası adı ilə nəşr etdiyi xatirələri uydurma adlandıraraq qəzeti yalan məlumatlar yaymaqda ittiham edib.

Vəkil bu barədə prokurorluğa müraciət etdiyini bildirər Hüsnü Mübarəkin heç vaxt memuar yazmadığını açıqlayıb.

Xatırladaq ki, keçən həftə Misir qəzetlərindən biri Hüsnü Mübarəkin xatirələri adı ilə yazı nəşr etmişdi ki, həmin yazıda bir neçə mətləblər, o cümlədən, Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin İmam Musa Sədri öldürdüyü bildirilmişdi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-981.html