18 Sentyabr, 2019
Ərbəin yürüşünə qatılacaq ölkələrin sayı açıqlandı

İraqın "Ərbəin" mərasimləri üzrə rəsmisi Seyid Həmid əl-Hüseyni jurnalistlərə açıqlama verib.

Ahlibeyt.az-ın eastnews-a istinadən məlumatına görə,əl-Hüseyni bildirib ki, mərasimlərin təhlükəsiz baş tutması üçün nəzərdə tutulan təhlükəsizlik tədbirləri artırılıb.

Seyid Həmid əl-Hüseyni diqqətə çatdırıb ki, İraq hökuməti zəvvarları qonaq etmək üçün tam hazır vəziyyətdədir.

"Bu ilki "Ərbəin" yürüşünə 100-dən çox ölkədən zəvvarın qatılacağını proqnozlaşdırılır", - deyə Seyid Həmid əl-Hüseyni bildirib.

Qeyd edək ki, Ərbəin yürüşü dünyanın ən izdihamlı yürüşü hesab edilir.Hər il milyonlarla insan  Ərbəin günü( İmam Hüseynin(ə) 40 mərasimi) müsəlmanların birinci imamı  Həzrət Əlinin(ə) dəfn olunduğu müqəddəs Nəcəf şəhərindən Kərbəlaya doğru hərəkət edərək 90 km-ə qədər yolu piyada qət edirlər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9807.html