
FİA xəbər verir ki, Misirdən Qəzaya verilən elektrik enerjinin kəsilməsi səbəbindən ölkədə yaranmış yanacaq böhranınəticəsində daha üç körpə həyatını itirib.
Belə ki, sutka ərzində 18 saat elektriksiz olan fələstinlilər şamdan istifadə etməli olurlar. Deir el-Bəlah məhəlləsində mənzillərin birində yanar şamın mənzildə olan benzinin üzərinə düşməsi nəticəsində evdə yanğın baş vermişdir ki, nəticədə Səbri, Nədin və Fərah adlı üç kiçik yaşlı qardaşlar yanaraq həlak olublar.