
Türkiyənin Diyarbəkir vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Ahlibeyt.az-ın məlumatına görə, APA-nın yerli bürosunun xəbərinə əsasən, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir deyib ki, terror hadisəsində yaralanan 13 nəfərdən 3 nəfəri xəstəxanada ölüb.
Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda fəhlələri daşıyan avtomobil keçərkən partlayıcı qurğunun işə salınması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.Yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.Yaralılardan 3 nəfəri xəstəxanada həyatını itirib.
Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi xəbər verilir.