12 Sentyabr, 2019
İslam İnkişaf Bankının missiyası Azərbaycana gəlib

İslam İnkişaf Bankının (IsDB Islamic Development Bank) missiyası Azərbaycana gəlib.

Ahlibeyt.az-ın “Report”a istinadən məlumatına görə, missiyaya Bankın eksperti Bayu Sunaryo (Bahyu Ssunaryo) rəhbərlik edir.

Missiya IsDB-nin Azərbaycanda dəstəklədiyi 2 əsas layihə ilə bağlı işlərin gedişatını yoxlayacaq.

Bu layihələrdən biri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi, digəri isə Azərbaycan hökuməti, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (International Found for Agrecultura Development - IFAD) və IsDB-nin birgə layihəsi olan “Kənd yerlərinin kompleks inkişafı layihəsi”dir.

Birinci layihənin icraçısı “Azərsu” ASC, ikinci layihənin icraçısı isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müəyyən edilib. IDB rəsmiləri hər iki qurumda olub, həmçinin regionlarda layihələrin icrası ilə maraqlanıblar.

Missiyanın işini sabah başa çatdırması planlaşdırılır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9775.html