
Səudiyyə Ərəbistanının kralı Salman, Həcc və Ümrə zəvvarları, habelə turistlər üçün viza sisteminin yenidən qurulması barədə fərman imzalayıb.
Bu barədə Ərəbistanın "Argaam" saytı məlumat yayıb.
Məlumata görə, viza vermə haqqı adambaşına 300 Səudiyyə riyalı (136 manat) səviyyəsində müəyyən edilib.
Yeni qərar Həcc, Ümrə, turizm, işgüzar, ailə və dost səfərləri ilə əlaqədar vizaları, habelə tranzit səfər vizalarını (hava, dəniz və quru ilə) əhatə edir.
Mənbə:eastnews.org