12 Sentyabr, 2019
Mosulda İŞİD tərəfindən dağıdılan məscidin bərpasına 100 milyon dollar ayrılacaq

İraqın Mosul şəhərindəki memarlıq abidəsi olan məscidin bərpası üçün YUNESCO 100 milyon dollar ayıracaq.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, iki il əvvəl məbəd İŞİD terrorçuların tərəfindən tamamilə dağıdılıb. Bərpa haqqında razılıq Parisdə YUNESCO və İraq nümayəndələrinin görüşü zamanı əldə olunub.

Qeyd edək ki, İraq tarixi ərzində istər maliyyə yatırımı, istərsə də işin həcminə görə ən böyük layihədir. İnşaatçılar üçün ən çətin məqam isə məscidin unikal minarəsinin bərpası olacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9772.html