
Tunisin dini işlər üzrə naziri Nurəddin əl-Xadimi bildirib ki, Tunisdə fəaliyyət göstərən 5000 məscidin 400-ü vahhabilərin əlindədir. Onun sözlərnə görə, ümumiyyətlə ölkə məscidlərinin yarısında vahhabi təmayüllü şəxslər get-gəl etməkdədirlər. Elə bu səbəbdən nazirlik məscidlərə nəzarətini gücləndirəcəkdir ki, ölkədə radikal təmayüllü islamçılar artmasın və bu kimitəbliğatların qarşısı alınsın.
Xatırladaq ki, fevral ayının 27-də Tunis prezidenti Tunis parlamentindən təkfirçiləri cəzalandıracaq qanun layihəsinin hazırlanmasını istəmişdi.