
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon bağlantısı yaradaraq, Suriyanın İdlib bölgəsindəki vəziyyəti və Suriyanın konstitusiya komitəsinin yaradılmasını müzakirə ediblər.
Ahlibeyt.az-ın məlumatına görə, APA “RiaNovosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
“Nazirimizlə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Onlar Suriyadakı, xüsusən İdlibdəki vəziyyəti, Astana prosesini və konstitusiya komitəsinin yaradılması məsələlərini müzakirə ediblər”, - deyə agentliyin mənbəyi bildirib.