9 Sentyabr, 2019
Rəsmi Dəməşq ABŞ və Türkiyənin ölkə ərazisində birgə post patrul əməliyyatını təcavüz adlandırıb

Suriya hökuməti ABŞ-la Türkiyənin ölkənin şimalında birgə post patrul planı həyata keçirməsini kəskin tənqid edib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews  SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Suriya XİN-in bəyanatında ABŞ-la Türkiyənin ölkənin şimalındakı birgə əməliyyatı ərazibütövlüyü, və suverenliyə edilən təcavüz adlandrılıb.

Bəyanatda deyilib:

"Türkiyə və Amerikanın Suriyanın əl-Cəzirə bölgəsində birgə post patrul planı beynəlxalq qanunları, ölkənin suverenliyi və ərazibütövlüyünü kobud şəkildə tapdalamaqdır."

Qeyd edək ki, Türkiyə və ABŞ Fəratın qərbində Təll-Əbyəd şəhərindən başlayaraq Suriyanın şimalında bütün sərhəd boyu birgə şəkildə post patrul addımlarına başladıqlarını bildiriblər. Lakin az keçməmiş Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu addımların kafi olmadığını və sözügedən əməliyyatın Türkiyəni qane etmədiyini bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9757.html