9 Sentyabr, 2019
Aşura mərasimləri ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Ahlibeyt.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilən açıqlanmaya əsasən, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Azərbaycanda Aşura mərasimi sabah(10 sentyabr) qeyd olunacaq.




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9755.html